EN

Azərbaycanın neft sektorunun həftəlik İCMALI

Bakı. Trend:

Bu həftə Dünya Bankı Azərbaycanda “Azerigas Gas Leak Detectionand Repair Facility” qaz sızmalarının aşkar edilməsi layihəsinintəsdiqi üçün yeni tarix açıqlayıb.

Trend Beynəlxalq İnformasiya AgentliyiAzərbaycanın neft sektorunda bu həftə baş verən əsas hadisələrinicmalını təqdim edir.

Layihənin təsdiq tarixi 23 apreldən 21 may 2026-cı iləkeçirilib.

Layihənin məqsədi “Azəriqaz” tərəfindən idarə olunanqazpaylayıcı şəbəkədə sızmalar nəticəsində yaranan metanemissiyalarını azaltmaq, həmçinin şirkətin aktivlərin idarəedilməsi sahəsində potensialını gücləndirməkdir. Maliyyələşdirməninhəcmi 15 milyon ABŞ dolları təşkil edir.

Bundan əlavə, Azərbaycanın Energetika Nazirliyi bildirib ki,cari ilin 6 aprel tarixində ölkədə istehsal olunan elektrikenerjisinin 29 faizdən çoxu bərpa olunan enerji mənbələrinin payınadüşüb.

Həmin gün ölkədə ümumilikdə 62,6 milyon kilovat-saat elektrikenerjisi istehsal edilib ki, bunun 18,2 milyon kilovat-saatı məhzbərpa olunan enerji mənbələri hesabına təmin olunub.

12,4 milyon kilovat-saat elektrik enerjisi su elektrikstansiyalarında, 5,8 milyon kilovat-saat isə günəş və küləkelektrik stansiyalarında istehsal olunub.

Dövlət başçısı tərəfindən müəyyən edilmiş strateji hədəflərəuyğun olaraq, Azərenerji Naxçıvan Muxtar Respublikasının enerjiinfrastrukturunun əsaslı şəkildə yenilənməsi və rəqəmsal vəintellektual idarəetməyə əsaslanan müasir enerji sistemininyaradıldığını bəyan edib.

Qurumun məlumatına görə, layihə çərçivəsində regionun enerjitəchizatında mühüm rol oynayan 110 kilovoltluq “Naxçıvan”, 154kilovoltluq “Babək” və “Çeşməbasar” yarımstansiyaları tam yenidənqurulur və işlər yekun mərhələyə çatıb.

Xüsusilə vurğulanır ki, “Naxçıvan” yarımstansiyası regionda ilkdəfə qapalı tipdə inşa olunur ki, bu da təhlükəsizliyi və operatividarəetməni əhəmiyyətli dərəcədə artıracaq.

Aprelin 8-də Azərbaycanın maliyyə naziri, Azərbaycan ilə Serbiyaarasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarasıkomissiyanın həmsədri Sahil Babayev ölkədə səfərdə olan, SerbiyaRespublikasının dağ-mədən və energetika naziri Dubravka CedoviçHandanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşkeçirib.

Görüşdə Handanoviç qeyd edib ki, 2026-cı ilin fevralındaimzalanmış və Serbiyada qazturbin elektrik stansiyasınıntikintisini nəzərdə tutan saziş regionun enerji təhlükəsizliyininmöhkəmlənməsinə mühüm töhfə verəcək.

8 aprel tarixinə Azərbaycan təbii qazının Serbiyaya tədarükününhəcmi 444,6 milyon kubmetrə çatıb.

Bu həftə “Azeri Light CIF”, “Urals” və “Dated Brent” markalıneftin orta qiymətləri azalıb, “Dated Brent” üzrə isə qiymət artımıqeydə alınıb.

Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən“Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə iləmüqayisədə 6,71 ABŞ dolları və ya 5% azalaraq 1 barel üçün 126,5ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasıüzrə “Azeri Light” markalı neftin orta qiyməti 1 barel üçün 121,04ABŞ dolları olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 5,42 ABŞdolları və ya 4,3% azdır.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə4,7 ABŞ dolları və ya 4,7% azalaraq bir barel üçün 95,69 ABŞdolları təşkil edib. Həftə ərzində maksimal qiymət 109,26 ABŞdolları, minimal qiymət isə 89,38 ABŞ dolları olub.

"Dated Brent" markalı neftin orta qiyməti isə 131,80 ABŞ dollarıtəşkil edib ki, bu da ötən həftə ilə müqayisədə 1,66 ABŞ dolları vəya 1,3% artım deməkdir. Həftə ərzində maksimal qiymət 144,42 ABŞdolları, minimal qiymət isə 124,68 ABŞ dolları olub.

Məqalədə:
Chosen
22
az.trend.az

1Sources