Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Qətər Təhsil və Ali Təhsil Nazirliyi akademik təqvimə uyğun olaraq ölkədə əyani təhsilin yenidən başladılacağını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, nazirlikdən edilən yazılı açıqlamada uşaq bağçaları, körpələr evi, dövlət və özəl məktəblər ilə təhsil mərkəzlərində əyani təhsilin sabahdan etibarən yenidən başlayacağı bildirilib.
Nazirlik Qətərdəki təhsil infrastrukturunun fərqli şəraitlərə uyğunlaşa biləcək şəkildə hazır olduğunu vurğulayaraq, əyani və ya distant təhsil ssenarilərinə dair planların mövcud olduğunu qeyd edib.
Bundan əlavə, təhsil modelləri arasında keçidin aidiyyəti qurumlarla koordinasiya şəraitində müəyyən edilən meyarlara əsasən həyata keçiriləcəyi, "bu prosesdə təhsildə davamlılıq ilə şagird və personalın təhlükəsizliyinin ön planda tutulacağı" ifadə edilib.
Açıqlamada mövcud hadisələrin yaxından izlənildiyi və zəruri hallarda rəsmi kanallar vasitəsilə ictimaiyyətə məlumat veriləcəyi də çatdırılıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.