futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İtaliya A Seriyasında çempionluğa doğru addımlayan “İnter”in türkiyəli ulduzu Hakan Çalhanoğlu “La Repubblica” nəşrinə maraqlı müsahibə verib.
Futbolpress.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həm Çempionlar Liqası arzusundan, həm də karyerasını bitirdikdən sonrakı planlarından danışıb.
Sabiq baş məşqçisi Simone İnzaqi və hazırkı çalışdırıcısı Kristian Kivu barədə danışan Hakan fərqli yanaşmaları qeyd edib:
”Simone ilə möhtəşəm münasibətimiz var idi. O, məni komandada görməyi ürəkdən istəyirdi. Kivu isə oyunçularla daha çox empatiya qurur və onlara daha yaxındır. O, sənin meydandan kənarda necə yaşamağınla da yaxından maraqlanır”.
Ulduz futbolçu ən böyük arzusunun “İnter”lə kuboklar qazanmaq olduğunu gizlətməyib:
“İki Çempionlar Liqası finalını uduzduqdan sonra əsas məqsədim bu turniri qazanmaqdır. Həmçinin, milli komanda ilə Dünya Çempionatı matçlarımız var”.
Hakan futboldan sonra hansı sahəyə yönələcəyinə artıq qərar verib:
“Məşqçilikdən çox, idarəçilik sahəsində olmaq istəyirəm. İdman direktoru, federasiya rəsmisi və ya menecer ola bilərəm. Artıq indidən bunun üçün oxuyur və hazırlaşıram”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.