EN

İspaniya Baş naziri də Çinə gedir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İspaniyanın Baş naziri Pedro Sançes, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti və birtərəfli siyasi addımlarının transatlantik ittifaqda çatlara səbəb olduğu, Avropanın Yaxın Şərqdəki müharibəyə münasibətinin dəyişdiyi bir dövrdə Çinə ziyarətə gedir.

"Cebheinfo.az" xəbər verir ki, Sançes 11–15 aprel tarixlərini əhatə edən 5 günlük səfərinə bu gün başlayacaq.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning səfərlə bağlı açıqlamasında bildirib ki, Sançes səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin, Baş nazir Li Qiang və Parlament sədri Zhao Leji ilə görüşəcək, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparacaq.

İspaniyanın Çinin Avropa İttifaqı daxilində mühüm əməkdaş tərəfdaşlarından biri olduğunu qeyd edən Mao,“Baş nazir Sançesin səfəri Çin və İspaniya üçün qarşılıqlı strateji etimadı dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və çoxtərəfli münasibətlərdə koordinasiyanı artırmaq baxımından yeni imkan yaradacaq” ifadəsini işlədib.

Mao vurğulayıb ki, Çin və İspaniyanın münasibətlərini yeni səviyyəyə yüksəldərək birlikdə dünya sülhü və sabitliyinə daha çox töhfə verməsini ümid edirlər.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
1
cebheinfo.az

2Sources