EN

Melaniya Trampdan Epşteynlə bağlı iddialara REAKSİYA

ABŞ-nin birinci xanımı Melaniya Tramp pedofiliya və fahişəlik üçün insan alveri ilə məçğul olan Ceffri Epşteyn ilə əlaqəli olduğu barədə iddialara sərt reaksiya verib.

"Cebheinfo.az" xəbər verir ki, o, açıqlamasında Epşteyn qurbanı olmadığını qeyd edib.

Melaniya Tramp bu iddialara son qoyulmasını istədiyini vurğulayıb:

“Mən Epşteynin qurbanı deyiləm. Məni Donald Tramp ilə Epşteyn tanış etməyib. Həyat yoldaşımla 1998-ci ildə Nyu-Yorkda keçirilən bir məclisdə təsadüfən tanış olmuşam”.

O, həmçinin Epşteynin istismar şəbəkəsinin qurbanları üçün Konqresdə dinləmələr keçirilməsini tələb edib. 

Digər tərəfdən, Prezident Donald Tramp həyat yoldaşının bu açıqlamasından əvvəlcədən xəbərdar olmadığını bildirib. 

Qeyd edək ki, Epşteyn sənədlərinin yanvar ayının sonunda yayımlanmasından sonra Tramp üzərində ciddi təzyiq formalaşıb.

Sənədlərdə adı keçən Prezident əlaqələrini gizlətməkdə ittiham olunub. Hətta İrana qarşı müharibənin bu mövzunu gündəmdən çıxarmaq məqsədi ilə başladıldığı da iddia edilib.

Dünyaca məşhur model agentliyinin rəhbəri, italyan əsilli iş adamı Paolo Zampolli isə Tramp cütlüyünü tanışdıran şəxsin məhz özü olduğunu bildirib.

O, cütlüyü Epşteynin deyil, özünün tanış etdiyini təsdiqləmək üçün Konqresdə and içərək ifadə verməyə hazır olduğunu deyib.

Zampolli, Epşteynin qurbanı olduğunu iddia edən braziliyalı keçmiş sevgilisinin yaşayış icazəsinin müddəti bitdikdən sonra deportasiyasında rol oynayıb.O, həmçinin oğullarının qəyyumluğunu da əldə edib.

Chosen
17
cebheinfo.az

1Sources