Türkiyənin Kütahya vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi məlumat yayıb.
Yerli vaxtla 17.31-də qeydə alınmış zəlzələnin ocağı 9.12 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.