EN

Erməni yazıçısı: Mediada nə qədər az aqressiya olarsa, sülh prosesi bir o qədər davamlı olacaq

Qəbələ, 11 aprel, AZƏRTAC

Düşünürəm ki, medianın edə biləcəyi ən vacib şeylərdən biri qarşı tərəfi insanlıqdan kənarlaşdırmanı istisna edən yeni hekayələr yaratmaqdır. Mediada nə qədər az aqressiya olarsa, bu proses bir o qədər keyfiyyətli və davamlı olacaq, ictimaiyyətin sülhə aparan yola etimadı bir o qədər artacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri yazıçı və mədəni antropoloq Lusine Xaratyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

Yazıçının fikrincə, yalnız baş tutan rəsmi görüşlər və müzakirələr deyil, yeni media hekayələr lazımdır.

Müxbir – Leyla Muradzadə
Foto – Tofiq Babayev
Video – Mir Rəsul Cəfərov
Chosen
26
3
azertag.az

4Sources