EN

MPL: “Sabah” - “Zirə” oyununda qollu heç-heçə

Misli Premyer Liqasının 27-ci turunda “Zirə” səfərdə “Sabah”la qarşılaşıb.

İki sahil” yazır ki, oyunun 16-cı dəqiqəsində Lens Mikels hesabı açıb. 32-ci dəqiqədə isə penalinini dəqiq yerinə yetirən Ruan Renato “Zirə”nin bərabərlik qolunu vurub. 40-cı dəqiqədə isə Eren Aydın “qartalları” hesabda önə çıxarıb – 1-2.

Yarışda son qolu “Sabah”ın futbolçusu İqor Noqeyra vurub.

Bununla da qarşılaşmada qalib müəyyənləşməyib - 2-2.

Misli Premyer Liqası

27-ci tur

11 aprel (şənbə)

18:00. “Sabah” 2-2 “Zirə”

Qollar: Coy Lens Mikels, 16 (1-0), Ruan Renato, 32-pen. (1-1), Eren Aydın, 40 (1-2), İqor Noqeyra, 51 (2-2)

Bank Respublika Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
22
ikisahil.az

1Sources