EN

Premyer Liqa: “Sabah” “Zirə” ilə heç-heçə etdi

BAKI, 11 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXVII turunda "Sabah" və “Zirə" komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

"Bayquşlar"ın heyətində Coy-Lens Mikels (16-cı dəq.) və İqor Noqeyra (51-cı dəq.) fərqləniblər.

“Qartallar”ın qollarını isə Ruan Renato (32-p) və Eren Aydın (40) diqqət mərkəzinə düşüblər.

Bu nəticədən sonra "Sabah" 66 xalla turnir cədvəlində liderliyini möhkəmləndirib. “Zirə” isə 44 xalla dördüncü pillədə yer alır.

Qeyd edək ki, turun bu gün baş tutan "Şamaxı" - "Qarabağ" matçında hesab açılmayıb.

Chosen
11
teleqraf.com

1Sources