EN

İraq parlamenti ölkənin yeni prezidentini seçib

Qahirə, 11 aprel, AZƏRTAC

İraq Nümayəndələr Palatası bu gün keçirilən iclasda Nizar Məhəmməd Səid Amidini ölkənin prezidenti seçib.

AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla bildirir ki, səsvermə nəticəsində Nizar Məhəmməd Səid 227 səs toplayaraq İraqın prezidenti seçilib.

Məlumata görə, digər namizəd, deputat Müsənna Əmin Nadir isə 15 səs qazanıb.

Eyni zamanda, qeyd olunub ki, səsvermə zamanı yeddi seçki bülleteni etibarsız hesab edilib.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Chosen
38
3
azertag.az

4Sources