EN

“Sabah” da qələbə qazana bilmədi

Misli Premyer Liqasının XXVII turunda lider "Sabah" "Zirə" ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç heç-heçə (2:2) yekunlaşıb.

"Bayquşlar"ın heyətində Coy-Lens Mikels (16) və İqor Noqeyra (51) fərqləniblər.

Qonaq komandada isə Ruan Renato (32-p.) və Eren Aydın (40) diqqət mərkəzinə düşüblər.

Turnir cədvəlinə 66 xalla "Sabah" başçılıq edir. 44 xalı olan "Zirə" dördüncüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i məğlub edib - 4:1. "Şamaxı" - "Qarabağ" matçında isə hesab açılmayıb.

Milli.Az
 

Chosen
4
7
milli.az

8Sources