EN

Neymar üçün 1 nəfər qurban veriləcək

Fanat saytına istinadən ain.az xəbər verir.

Dünya futbolunun ulduzu Neymarın növbəti dayanacağı Major League Soccer (MLS) ola bilər.

Fanat.Az xəbər verir ki, ABŞ-ın "Sinsinnati" klubu braziliyalı hücumçunu heyətinə qatmaq üçün artıq ilkin danışıqlara başlayıb. Hazırda uşaqlıq klubu olan "Santos"la 2026-cı ilin sonuna qədər müqaviləsi olan 34 yaşlı Neymarın karyerasını okeanın o tayında davam etdirməyə isti yanaşdığı bildirilir.

Lakin bu transferin reallaşması üçün klub mühüm bir maneəni aşmalıdır.

MLS qaydalarına görə, hər klubun yalnız 3 "Xüsusi Oyunçu" (Designated Player) limiti var və "Sinsinnati"də bu yerlər hazırda Kévin Denkey, Miles Robinson və Evander tərəfindən tutulub. Neymarın transferi baş tutarsa, klub bu üç ulduzdan biri ilə yollarını ayırmaq məcburiyyətində qalacaq.

"The Athletic"in məlumatına görə, klub rəhbərliyi artıq büdcə və heyət planlaması üzərində ciddi baş sındırır.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
fanat.az

1Sources