GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qısa müddət əvvəl Bakıda müşahidə edilən intensiv yağıntıdan sonra böyük işlər görülüb və işlər hazırda da davam etdirilir, lakin yağışın təsiri hələ uzun müddət özünü göstərəcək.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Report”a müsahibəsində deyib.
O bildirib ki, bir neçə gün fasiləsiz davam edən yağıntının miqdarı 7 aylıq normaya bərabər olub.
“Təkcə martın 27-si və 28-də – iki gün ərzində yağan yağışın miqdarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin məlumatına görə 143 mm təşkil edib. Bu rəqəm quru statistika kimi görünə bilər, amma müqayisə üçün deyim ki, bu, illik yağıntı normasının təxminən 60 %-i deməkdir. Yəni Bakı və Abşeron yarımadası üzrə uzunmüddətli müşahidələrə əsasən 7 ayda yağan yağış cəmi iki gün ərzində yağıb. Bu, həqiqətən də çox böyük göstəricidir və hətta fövqəladə vəziyyət kimi qiymətləndirilə bilər”, – ADSEA sədri əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.