Misli Premyer Liqasının XXVII turunda “Sabah” və “Zirə” komandaları üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan görüş 2:2 hesabı ilə başa çatıb.
Ev sahibinin qollarına Coy-Lens Mikels (16) və İqor Noqeyra (51) imza atıb. Qonaqlarda isə Ruan Renato (32, penalti) və Eren Aydın (40) fərqlənib.
Hazırda “Sabah” 66 xalla turnir cədvəlinin lideridir, “Zirə” isə 44 xalla 4-cü yerdədir.
Turun digər oyunlarında “Karvan-Yevlax” “Kəpəz” üzərində 4:1 hesablı qələbə qazanıb, “Şamaxı” – “Qarabağ” matçı isə 0:0 hesabı ilə yekunlaşıb.