EN

İran nümayəndə heyəti danışıqlarda milli maraqları müdafiə edəcək - Pezeşkian

Bakı. Trend:

İranın yüksək vəzifəli nümayəndə heyəti İranın maraqlarını tamşəkildə müdafiə edir.

Trend-inməlumatına görə, bu barədə İran prezidenti Məsud Pezeşkian "X"sosial şəbəkəsində yazıb.

O, nümayəndə heyətinin bu istiqamətdə danışıqları cəsarətləaparacağını qeyd edib.

"Pakistanda iştirak edən yüksək vəzifəli İran nümayəndə heyətiİranın maraqlarını tam şəkildə müdafiə edir və bu istiqamətdəcəsarətlə danışıqlar aparacaq. Hər halda, xalqa xidmətimiz birdəqiqə belə dayanmayacaq və danışıqların nəticəsindən asılıolmayaraq, hökumət xalqın tərəfində olacaq", - deyə o bildirib.

Qeyd edək ki, bu gün İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞvə İran arasında müzakirələr başlanıb. Müzakirələrdə İran heyətinəparlamentin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ heyətinəvitse-prezidenti Ceyms Devid Vens başçılıq edir.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davamedib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflərarasında iki həftəlik atəşkəs elan olunub.

Chosen
45
az.trend.az

1Sources