EN

“Qarabağ” xal itirdi, “Neftçi”dən qələbə – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 27-ci tur davam edir. 

İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçiriləcək. 

Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq. Cari mövsüm bu komandaların çempionatdakı əvvəlki iki oyunundan birində Ağdam klubu qələbə qazanıb – 2:1. İkinci görüşdə isə qalib aşkarlanmayıb – 0:0.

Digər oyunda “Zirə” səfərdə “Sabah”la üz-üzə gələcək. Cari mövsüm bu komandaların matçlarında üstün tərəf Masazır təmsilçisidir – 3:0 və 3:1. 

Günün son görüşündə isə “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Bu komandalar arasında mövsümün ilk oyununda qalib aşkarlanmasa da (2:2), ikinci görüşdə “Neftçi” böyük hesablı qələbə qazanıb – 4:0. 

Misli Premyer Liqası 

27-ci tur

11 aprel (şənbə)

15:30. “Şamaxı” – “Qarabağ” 0:0
Şamaxı şəhər stadionu

18:00. “Sabah” – “Zirə”  2:2

Qollar: Coy Lens Mikels, 16, İqor Noqeyra, 51 – Ruan Renato, 32 (pen), Eren Aydın, 40
“Bank Respublika Arena”

20:00. “Neftçi” – “Araz-Naxçıvan”  2:1

Qol:  İmad Faraj, 32 (1:0), Breno Almeyda, 57 (2:0), Slavik Alxasov, 65 (2:1)
“Palms Sports Arena”

Chosen
0
20
idmanxeber.az

10Sources