EN

"Öncə pəncərəni bağladılar" -

Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Masazır qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Metbuat.az xəbər verir ki, 39 yaşlı Pərişan Süleymanovanın və 30 yaşlı Nuranə İsgəndərli qətlə yetirilib. Qonşuların Baku TV-yə qeyd etdiyinə görə, ailə bir aya yaxındır ki, həmin mənzildə kirayədə yaşayırmış, hadisə isə səhər saatlarında baş verib. “Səhər tezdən səs-küy eşitdik, pəncərəni bağladılar. Sonra uşaqların səsinə çölə çıxdıq. Gördük ki, artıq hadisə baş verib”, – qonşulardan biri söyləyib.Hadisə ilə bağlı Baş Prokurorluqdan qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı yeni detallar məlum olub. Qətlə yetirilən Pərişan Süleymanovanın tanışlarından birinin verdiyi məlumata görə, həmin şəxs narkotik aludəçisi olub. O, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Bir müddət əvvəl azadlığa çıxaraq Nuranə İsgəndərli ilə tanış olub. Həmin vaxta qədər Nuranə İsgəndərli Xırdalanda xalası qızı Pərişan Süleymanova ilə birlikdə yaşayıb. Bir ay əvvəl isə qətli törətməkdə şübhəli bilinən şəxs Nuranə ilə birlikdə Masazır qəsəbəsinə kirayə köçüb. Hadisə zamanı o, Nuranə İsgəndərlinin boğazını kəsib, daha sonra isə hadisənin şahidi olan Pərişan Süleymanovaya 15 bıçaq zərbəsi vurub.


Chosen
17
5
metbuat.az

6Sources