EN

"Barselona" "Espanyol"u darmadağınETDİ

İspaniya La Liqasının 31-ci turunda "Barselona" "Espanyol"u 4:1 hesabı ilə məğlub edib.

Redaktor.az xəbər verir ki, oyun "Spotify Kamp Nou" stadionunda keçirilib.

Hesabı 9-cu dəqiqədə Ferran Torres açıb, o, 25-ci dəqiqədə dubl edib. 56-cı dəqiqədə Pol Losano fərqi azaltsa da, 87-ci dəqiqədə Lamin Yamal, 89-cu dəqiqədə isə Markus Reşford qol vuraraq yekun hesabı müəyyənləşdirib.

31 turdan sonra "Barselona" 79 xalla turnir cədvəlinə liderlik edir, "Espanyol" isə 38 xalla 10-cu pillədə qərarlaşıb.

Chosen
16
5
redaktor.az

6Sources