EN

Kartof püresi hansı yeməklə yaxşı gedir?

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Mətbəxin ən sevilən müşayiətçilərindən biri olan kartof püresi məxməri toxuması ilə əsas yeməklərin ləzzətini zirvəyə daşıyır. Düzgün kərə yağı və süd balansı ilə hazırlanan püre sadəcə bir yan məhsul deyil, boşqabın xarakterini müəyyən edən ən güclü elementlərdən biridir.

Bəs, kartof püresi hansı yeməklərə yaraşır?

Milli.Az xəbər verir ki, kartof püresinin ən klassik və ikonik tərəfdaşı saatlarla bişərək lif-lif ayrılan quzu inciyi və ya dana rostodur.

Ətin öz suyundan hazırlanan qatı testuralı "gravy" sousu pürenin yumşaq toxuması ilə birləşdikdə ləzzət partlayışı yaradır. Pürenin neytral quruluşu ətin o dominant və dumanlı dadını balanslaşdırır.

Mətbəximizin vazkeçilməzi olan souslu kotletlər püre ilə birləşdikdə həm daha doyurucu, həm də daha ləzzətli olur.

Pomidor souslu  kotletin yüngül turşməzə dadı pürenin kərə yağlı aroması ilə tarazlanır. Xüsusilə sousun püre üzərinə süzülməsi hər iki materialın xarakterini ön plana çıxarır.

Ağ ət sevənlər üçün kartof püresi qaymaqlı göbələk souslu toyuq və ya sobada kəklikotu ilə marinə edilmiş toyuqların yanına ən çox yaraşan qarnirdir.

Toyuğun yüngül aroması pürenin içindəki südün yumşaqlığı ilə birləşərək süfrədə zərif bir balans yaradır. Toyuq sote kimi souslu yeməklərdə püre sousu saxlama qabiliyyəti ilə ləzzət itkisinin qarşısını alır.

Balıq yeməklərində püre istifadəsi adətən smon (salmon) kimi yağlı və ya levrek kimi yüngül toxumalı balıqların yanında balanslaşdırıcı kimi seçilir.

Balığın xırtıldayan dərisi ilə pürenin hamar quruluşu arasındakı keçid qurmanlar üçün unudulmaz təcrübə təqdim edir. Limonlu və ya şüyüdlü bir püre balığın yağ balansını mükəmməl şəkildə tənzimləyir.

Püre bəzən sadəcə qarnir deyil, yeməyin ana komponenti olur. Məsələn, "Shepherd's Pie" (Çoban Piroqu) kimi yeməklərdə ətli və ya tərəvəzli içliyin üzərinə çəkilən qalın püre təbəqəsi möcüzələr yaradır.

Sobada qızaran püre təbəqəsi həm altındakı inqrediyentlərin suyunu içində saxlayır, həm də üzərinə əlavə edilən pendirlə birlikdə xırtıldayan bir toxuma qazanır.

Pürenizin daha peşəkar görünməsini istəyirsinizsə, kartofları əzdikdən sonra onları incə süzgəcdən keçirin. Bu, püreyə restoranlardakı kimi tamamilə hamar və 'ipək' kimi bir toxuma qazandıracaq.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
news.milli.az

2Sources