Misli Premyer Liqasının XXVII turuna bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Qəbələ" "İmişli"ni qəbul edəcək.

"Qırmızı-qaralar" 11-ci yerdən qurtulmaq istəyir. "İmişli" isə son iki pilləyə düşməmək.

Hər iki komanda üçün vacib matçdır.

Misli Premyer Liqası, XXVII tur

12 aprel (bazar)

15:30 “Qəbələ” – “İmişli” 

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Əli Əliyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Əmrah İbrahimov 

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Qəbələ şəhər stadionu