EN

Söyüşcül baş məşqçiyə XƏBƏRDARLIQ EDİLDİ - Özünü yığışdır, danşığına fikir verir!

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze futbolçularıyla münasibətdə diqqətli olmalıdır.

Bu, klub rəhbərliyinin ona xəbərdarlığıdır.

Gürcüstanlı çalışdırıcı hərəkətlərinə diqqət yetirməli, onları təhqir etməməlidir.

2024-cü ilin martından bəri «qırmızı-qaralar»ın sükanı arxasında dayanan mütəxəssisin diqqətinə çatdırılıb ki, ondan çoxsaylı şikayətlər var və mövcud vəziyyəi narahatlıq yaradır.

Kollektiv üzvləri xüsusən son vaxtlar Sxadadzenin özünü aparmasından şikayətçidir. Baş məşqçi ilə yanaşı, onun köməkçisi Georgi Çixradzedən gileylənirlər.

Səbəb hər iki gürcü mütəxəssisin məşqlər və oyunlar zamanı təhqiramiz ifadələrdən istifadə etməsidir.

Belə ki, Sxadadze və yardımçısı hər xırda səhvə görə oyunçuların ünvanına söyüşlər işlədir:

«Biz artıq bezmişik, daha onlarla işləmək istəmirik. Söyüş işlətməkdən qulağımızdan qan gəlir» - giley-güzarın xülasəsi bundan ibarətdir.

«Qəbələ» rəsmiləri Sxadadzeyə tapşırıb ki, oyunçulara yanaşmasını dəyişsin, yumşaq rəftar etsin. Çünki komandanın üzərində təzyiq çoxdur.

Mövsüm sona yaxınlaşdıqca, bu, daha açıq hiss olunur. Belə bir vəziyyətdə əsas məqsədə çatmaq hələlik mümkün olmayıb.

Söhbət komandanın ən pis halda 10-cu yerə yüksəlməsindən gedir.

«Qəbələ» rəhbərliyi I Liqanın ikincisi ilə pley-off oyunları keçirməyi uğursuzluq sayacaq - gürcü çalışdırıcıya bunu da çatdırıblar.

SPORTİNFO.AZ

Chosen
31
sportinfo.az

1Sources