EN

Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk

style='margin-bottom:10px;'>

Almaniyanın "Union" klubu baş məşqçisi Şteffen Baumqartı istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Union"u mövsümün sonuna qədər əvvəllər klubun U-19 komandasının baş məşqçisi olmuş Mari-Luiza Eta çalışdıracaq. 

34 yaşlı xanım məşqçi klubun saytına açıqlamasında təyinatı haqda bildirib: "Çətin anlarda bütün qüvvələri birləşdirmək bacarığı həmişə "Union"un fərqləndirici xüsusiyyəti olub və elə də qalır. Mən tamamilə əminəm ki, bu komanda ilə birlikdə lazımi xalları toplaya biləcəyik".

Xanım baş məşqçinin Bundesliqanın kişilərdən ibarət komandasına baş məşqçi təyinatı tarixdə ilk dəfədir. Mari-Luiza Eta 2023-2024 mövsümündə də  "Union"un məşqçilər korpusunda yer alıb. 

Qeyd edək ki, 29 turdan sonra aktivində 32 xal olan "Union" Bundesliqanın turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Chosen
15
3
teleqraf.com

7Sources