EN

Braziliyalı yeniyetmə futbol meydançasında dostunun həyatını xilas edib VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Braziliyada futbol meydançasında baş verən bədbəxt hadisə zamanı yeniyetmənin çevikliyi dostunu ölümdən qurtarıb.

İdman.Biz xəbər verir ki, hadisə yaşayış komplekslərindən birinin futbol meydançasında qeydə alınıb. Oyuna hazırlaşan uşaqlardan birini meydançanın ətrafındakı arakəsmədə yaranan elektrik sızması nəticəsində cərəyan vurub. Arakəsmədən yapışan yeniyetmə oradaca donub qalıb.

Hadisəni görən digər dostu dərhal müdaxilə edərək, dostunu elektrik mənbəyindən ayırmaq üçün itələyərək yerə yıxıb. Məhz bu cəsarətli addım sayəsində dostunun həyatını xilas etmək mümkün olub.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
icma.az

1Sources