EN

Əməliyyatda yeni dalğa! Bu məşhurlar üçün həbs qərarı verildi

İstanbulda narkotik və fahişəlik araşdırması çərçivəsində daha iki əyləncə məkanında axtarışlar aparılıb.

Turkustan.az xəbər verir ki, üç məkanda aparılan axtarışlar zamanı bir neçə məşhur saxlanılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik və fahişəlik istintaqının bir hissəsi olaraq, Beşiktaşın Nispetiye küçəsində yerləşən iki əyləncə məkanında axtarış qərarı verilib. Gecənin erkən saatlarında Bebek məhəlləsindəki bir məkanda axtarış aparılmışdı.

Narkotik Cinayətləri Bölməsinin qrupları məhkəmə qərarından sonra daha iki müəssisədə axtarış aparıb. K-9 itlərinin də daxil olduğu axtarış gecə saatlarına qədər davam edib. Axtarılan yerlərdən biri üç ay əvvəl başqa bir əməliyyatın bir hissəsi olaraq axtarış edilib.

Narkotik əməliyyatı çərçivəsində dörd nəfər saxlanılıb. Saxlanılan təsir gücünə malik şəxslər aşağıdakılardır:

Samet Liçina,
Özlem Parlu,
Mika Slowana,
Elif Karaaslan.
Digər tərəfdən, aktyor İlker İnanoğlu və müğənni Cem Adrian haqqında da həbs qərarı verildiyi, lakin hər ikisinin xaricdə olduğu müəyyən edildiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
28
1
turkustan.az

2Sources