EN

“Qəbələ” “İmişli”yə, “Turan Tovuz” “Sumqayıt”a qarşı

Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.

Redaktor.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə autsayderlərdən olan “Qəbələ” öz meydanında “İmişli” ilə qarşılaşacaq. Oyunun start fiti saat 15:30-da veriləcək. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb. İkinci dövrənin oyununda isə “Qəbələ” rəqibindən üstün olub - 3:2.

Günün və turun son matçı Tovuzda olacaq. “Turan Tovuz” doğma meydanında “Sumqayıt”ı qəbul edəcək. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən “Turan Tovuz” ev oyunlarını Bakıdakı “Azərsun Arena”da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi. “Turan Tovuz” bundan əvvəlki hər iki dövrənin oyununda “Sumqayıt”a qalib gəlib - 3:0, 2:1.

12 aprel (bazar)

Misli Premyer Liqası

27-ci tur

15:30. “Qəbələ” - “İmişli”

Qəbələ şəhər stadionu

18:00. “Turan Tovuz” - “Sumqayıt”

Tovuz şəhər stadionu

Chosen
3
5
redaktor.az

6Sources