EN

Hökməlinin Yeni Yaşayış Massivində aşıb-daşan kanalizasiya suları yol örtüyünü dağıdır

Mart ayının son günlərində ümumən respublika ərazisinə, o cümlədən paytaxt Bakıya və Abşeron yarımadasına normadan artıq düşən yağıntı bir sıra çətinliklər yaratdı. Hərçənd, şəhər və rayon rəhbərlikləri, aidiyyəti qurumlar yağıntının fəsadlarının aradan qaldırılması istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini iddia etsələr də, ayrı-ayrı nahiyələrdə sakinlərin gündəlik həyatına mənfi təsir göstərən nöqsanlar qalmaqdadır. Bu, əsasən özünü qəza vəziyyətinin drenaj-kanalizasiya sistemində kəskin yüklənmə yaradaraq xətlərdə hidravlik təzyiqin kəskin artmasına səbəb olduğu və relyef baxımından çökəklik ərazidələrdə göstərir.

Abşeron rayonunun Hökməli qəsəbəsinin Yeni Yaşayış Massivi deyilən ərazisində kanalizasiya suları daşmış, həmin nahiyədə az müddət öncə asfaltlanmış yol örtüyünə ziyan verməkdədir. Sakinlər bildirirlər ki, davanmlı olaraq bir neçə gün Rayon İcra Hakimiyyətinə zəng vurub tədbir görülməsini xahiş etsələr də, RİH-nin mənsubları problemin həllindən ötrü Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə və Abşeron Sukanal İdarəsinə müraciət etmək lazımdır. Yerli Sukanal İdarəsinin rəisi Hafiz adlı məmur isə telefon zənglərinə cavab vermir.

 

 Elnarə Həziyeva

Chosen
35
sabahinfo.az

1Sources