“İranın yeni Ali Lideri Müctəba Xamenei haqda daha bir detal ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, “Reuters” agentliyi Xameneiyə yaxın üç şəxsə istinadən məlumat yayıb.
Bildirilib ki, Xamenei Tehranda iqamətgahına edilən hava zərbəsində ağır yaralanıb və hazırda sağalır:
“Ali Liderin Tehranın mərkəzindəki iqamətgahına edilən hücum Xameneinin üzünü eybəcər hala salıb. O, bir və ya hər iki ayağından ciddi xəsarətlər alıb. Məhz bu səbəbdən M.Xamenei ictimaiyyətin diqqətindən və kameralardan uzaqda qalıb”.
Agentliyin mənbələrinə görə, fiziki əlilliyinə baxmayaraq, Müctəba Xamenei zehni cəhətdən sağlamdır və hökumətdə fəal iştirak edir:
“O, müntəzəm olaraq audio konfrans vasitəsilə görüşlərə qatılır, münaqişə və ABŞ ilə danışıqların gedişatı ilə bağlı əsas qərarlar qəbul edir”.
Xatırladaq ki, martın 12-də Müctəba Xameneinin hava hücumunda ağır yaralandığı ortaya çıxmışdı.
Martın 31-də ABŞ Prezidenti İranın yeni ali liderinin sağ olduğunu, lakin ağır yaralandığını və vəziyyətinin pis olduğunu açıqlamışdı.
Daha sonra İran liderininHindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirmişdi ki, atəşkəs qərarını Müctəba Xamenei şəxsən özü verib./Globalinfo.az