EN

ABŞ hərbi gəmiləri Hörmüz boğazına daxil oldu, lakin sonradan  geri çəkilib

İran pilotsuz aparatının vurulmasından sonra ABŞ Hərbi Dəniz Qüvvələri marşrutu dəyişib...

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Oman körfəzindən çıxaraq Hörmüz boğazına daxil olub, lakin daha sonra geri dönmək qərarı verib.

Poliqon xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, əməliyyat zamanı İranın kəşfiyyat məqsədli pilotsuz uçuş aparatı ABŞ gəmilərindən birinə yaxınlaşıb və nəticədə məhv edilib. Hadisənin dəqiq vaxtı açıqlanmasa da, ehtimal olunur ki, həmin dron ABŞ hərbi gəmilərinə təhlükə siqnalı ötürmək üçün istifadə olunmalı idi.

ABŞ rəsmiləri pilotsuz aparatın birbaşa təhlükə yaratmadığını qeyd etsələr də, hərbi rəhbərlik İran qüvvələrinin gəmilərin hərəkətlərini izləməsinin qarşısını almaq məqsədilə onun məhv edilməsinə qərar verib. Eyni zamanda vurğulanıb ki, bu addım mövcud atəşkəs rejiminin pozulması kimi qiymətləndirilməməlidir.

ABŞ hərbi qüvvələrinin əsas məqsədi Hörmüz boğazından keçərək onun açıq olduğunu nümayiş etdirmək və İranın tətbiq etməyə çalışdığı mümkün rüsumların legitim olmadığını göstərmək idi. Bununla yanaşı, əməliyyatda iştirak edən esmineslərə mina aşkarlanması və ya zərərsizləşdirilməsi tapşırığı verilməyib.

Mərkəzi Komandanlığın açıqlamasında qeyd olunub ki, yaxın günlərdə mina təmizləmə əməliyyatlarına əlavə ABŞ hərbi resursları, o cümlədən sualtı pilotsuz sistemlər cəlb olunacaq. Bu isə regionda təhlükəsizlik tədbirlərinin daha da genişləndirilməsi planının tərkib hissəsi kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
33
1
poliqon.info

2Sources