EN

Britaniya bütün ölkəni müharibəyə hazırlayır:Ordudan xəstəxanalara qədər

Böyük Britaniya bütün ölkəni - ordu və polisdən tutmuş xəstəxanalara, sənayeyə qədər - müharibəyə hazırlamaq üçün hərtərəfli planın yeni versiyasını hazırlayır. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Britaniya Silahlı Qüvvələrinin baş komandanı Riçard Nayton “Sky News”-a verdiyi müsahibədə açıqlayıb.

O əlavə edib ki, planın yenilənmiş versiyası “soyuq müharibə”nin dərslərini nəzərə alaraq, lakin müasir kontekstdə, müasir infrastrukturla fərqli bir dayanıqlılıq yanaşması tələb edəcək.

Chosen
21
7
cebheinfo.az

10Sources