EN

Sabunçuda 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib

Bakı. Trend:

Bakının Sabunçu rayonunda evlərdən birində seyfdə saxlanılan 320000 manat pul vəsaitinin oğurlanması barədə zərərçəkmiş şəxsinpolisə müraciəti daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatagörə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsininəməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsindəhadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, paytaxtsakini, 32 yaşlı Rəhman Əşrəfov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində CinayətMəcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Əşrəfovaqeyd edilən maddə ilə ittiham elan olunub və təqsirləndirilən şəxsqismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə R.Əşrəfovunbarəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Chosen
29
36
az.trend.az

10Sources