EN

Toni Kroos “Real Madrid”ə qayıda bilər


“Real Madrid” keçmiş yarımmüdafiəçi Toni Kroosu kluba qaytarmaq üçün çalışır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Bildirilib ki, İspaniya nəhəngi Kroosun klubun gündəlik işlərinə verdiyi töhfənin, vəzifəsindən asılı olmayaraq, klubun inkişafına təsir göstərə biləcəyinə inanır. Vurğulanır ki, “Real Madrid” prezidenti Florentino Peres keçmiş oyunçunun geri qayıtması üçün şəxsən çalışır, lakin əməkdaşlığın təfərrüatları hələ dəqiqləşdirilməyib.
Kroos “Qaymaqlılar”da 2014-cü ildən 2024-cü ilə qədər, yəni təqaüdə çıxanadək oynayıb. Bu müddət ərzində yarımmüdafiəçi beş dəfə Çempionlar Liqasını, dörd dəfə isə İspaniya liqasının titulunu qazanıb.
Chosen
24
yeniavaz.com

1Sources