EN

İran və ABŞ-yə Hörmüzdə birgə patrul xidməti təklif edib

Bakı, 12 aprel, AZƏRTAC

İslamabadda İran və ABŞ arasında danışıqlar zamanı Pakistan Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi təklifini irəli sürüb və bu təklifə birgə patrul xidməti də daxildir.

AZƏRTAC xəbər verir ki, bu barədə "Əl-Cəzirə" Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

"Pakistan Hörmüz boğazında gəmilərin keçidinin tənzimlənməsi təklifini irəli sürüb. Bu təklif boğazda birgə patrul xidmətlərinin aparılmasını nəzərdə tutur", - deyə mənbə bildirib.

Bundan öncə “Financial Times” qəzeti xəbər yaymışdı ki, Pakistanda aparılan ABŞ-İran danışıqlarında “Hörmüz boğazına nəzarət” məsələsi əsas müzakirə predmeti olub və bununla bağlı razılıq əldə edilməyib. Danışıqların bu gün davam edəcəyi gözlənilir.

 

 

Chosen
2
5
azertag.az

10Sources