EN

Sabah yağış yağacaq — PROQNOZ

Aprelin 13-də gözlənilən hava proqnozu açıqlanıb.

Doğru.az xəbər verir ki, məlumatı Milli Hidrometeorologiya Xidməti Demokrat.az-a təqdim edib.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Temperatur gecə 8-10°, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 759-dan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75% təşkil edəcək.

Bölgələrdə bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşməsi, şimşək, dolu və arabir duman ehtimalı var. Gecə 6-10°, gündüz 12-16° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz isə 4-7° isti proqnozlaşdırılır.

DOĞRU.AZ

Chosen
26
36
dogru.az

10Sources