EN

Qəbələ və Oğuzda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 9 mərkəzdə aparılıb

Oğuz-Qəbələ, 12 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 12-də Şəki regional bölməsinin əhatə etdiyi Qəbələ və Oğuz rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

Regional bölmədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahanların keçirilməsi üçün Qəbələ rayonunda 6, Oğuzda isə 3 mərkəz olmaqla, ümumilikdə 9 bina ayrılıb.

İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Qəbələdə keçirilən və ümumilikdə 1590 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 22 imtahan rəhbəri və 156 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 129 zal ayrılıb.

Oğuzda keçirilən buraxılış imtahanında isə 548 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 7 imtahan rəhbəri və 57 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 47 zal ayrılıb.

Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb.

Chosen
28
azertag.az

1Sources