Ajans.az xəbər verir ki, bu barədə "The Herald" məlumat yayıb. Aktyorun ölüm səbəbi ilə bağlı əlavə detallar açıqlanmayıb. Qeyd edək ki, Con Nolan onlarla filmdə rol alıb. O, xüsusilə “Batman: Başlanğıc”, “Qara Cəngavər: Əfsanənin Qayıdışı” və “Dünkirk” kimi məşhur filmlərdəki rolları ilə tanınıb.
Con Nolan məşhur britaniyalı rejissor Kristofer Nolan və ssenarist Conatan Nolanın dayısı idi.