EN

"Ya pulu ödəyin, ya gəmilərinizdən keçin" – İran parlamentindən şok ultimatum

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü bu gün — 12 aprel 2026-cı il tarixində dünya iqtisadiyyatını və dəniz təhlükəsizliyini sarsıdacaq kəskin bəyanatla çıxış edib.

Turkustan.az xəbər verir ki, İran rəsmisi ABŞ-ın İrana hərbi təzminat ödəməyəcəyi təqdirdə, Fars körfəzindəki "düşmən gəmilərinin" saxlanılacağını və zərərin ödənilməsi üçün satışa çıxarılacağını bildirib.

İran tərəfi ABŞ və müttəfiqlərinin hərbi zərbələri nəticəsində dəyən milyardlarla dollarlıq zərərin dərhal kompensasiya edilməsini tələb edir. Əks halda, körfəz suları "müsadirə zonasına" çevriləcək.

Bəyanatda qeyd olunur ki, beynəlxalq hüquq normaları çərçivəsində "təcavüzkar dövlətlərə" məxsus ticarət və neft tankerləri İran hərbi-dəniz qüvvələri tərəfindən saxlanılacaq və onların dəyəri dəymiş ziyanın ödənilməsinə yönəldiləcək.

Bu hədə onsuz da gərgin olan Hörmüz boğazı ətrafındakı vəziyyəti kritik həddə çatdırır. Analitiklər hesab edirlər ki, bu addım dünya neft daşımalarının tamamilə dayanmasına səbəb ola bilər.

Bu kəskin ritorika İslamabadda Vens-Kuşner heyəti ilə aparılan danışıqların uğursuzluqla bitməsindən dərhal sonra gəlib. Tehran artıq diplomatik masa arxasında deyil, real güc nümayişi ilə şərtlərini diktə etməyə çalışır.

Gəmilərin müsadirə edilib satılması cəhdi ABŞ və müttəfiqləri ilə İran arasında birbaşa hərbi toqquşmanı qaçılmaz edə bilər. Bu bəyanatdan sonra qlobal sığorta şirkətləri Fars körfəzinə daxil olan gəmilər üçün risk dərəcəsini ən yüksək səviyyəyə qaldırıblar./Musavat.com

Chosen
19
2
turkustan.az

10Sources