EN

İsrail ordusu bu şəhəri mühasirəyə aldı

Livanın cənubundakı Bint-Cubeyl şəhəri əraizisində İsrail hərbçiləri ilə "Hizbullah" qruplaşması arasında şiddətli toqquşmalar baş verir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.

Bildirilib ki, son günlər İsrail Müdafiə Ordusu (SAXAL) şəhəri "Hizbullah" silahlılarından və qruplaşmanın infrastrukturundan təmizləmək əməliyyatı çərçivəsində Bint-Cubeyli mühasirəyə alıb.

Məlumata görə, İsrail qüvvələri şəhərin qalan məhəllələrinə doğru irəliləmək və onlar üzərində nəzarəti təmin etmək cəhdlərini davam etdirir./Oxu.az


Telegram kanalımız
Chosen
19
5
yenisabah.az

6Sources