Bakı. Trend:
UBOC və Caspian Oilfield Service (COS) arasında "Neptun"özüqalxan qazma qurğusunun "Ümid" yatağında fəaliyyətinin 2027-ciilin sonunadək davam etdirilməsinə dair sənəd imzalanıb.
Bu barədə TrendUBOC-a istinadən xəbər verir.
"Hazırda "Neptun" "Ümid" yatağının cənub qanadında SOCAR və"Ümid" yatağı tarixində ən dərin quyu olan 7,000 metrdən artıqdərinlikdə sualtı qiymətləndirmə quyusunun qazılmasını davametdirir. Bu, Xəzər regionunda ilk dəfə özüqalxan qurğu ilə həyatakeçirilən sualtı qazma əməliyyatıdır.
Bu layihə çərçivəsində qazanılan təcrübə dəniz qaz hasilatınınsürətləndirilməsinə, mövcud ehtiyatların daha dərindənöyrənilməsinə, eləcə də UBOC-un qazma mühəndisliyi komandasınınsualtı əməliyyatlar üzrə bilik və bacarıqlarınıntəkmilləşdirilməsinə əhəmiyyətli töhfə verir.
"Ümid"in inkişafının növbəti mərhələsinə keçdiyimiz bu dövrdəCOS ilə əməkdaşlığımız nəticələrimizin əsas dayaqlarından biriolaraq qalır", - UBOC-dan bildirilib.