EN

ABŞ-nin ŞOK İTKİLƏRİ açıqlandı

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) 2026-cı ilin fevral-aprel aylarında İranla baş vermiş hərbi münaqişə zamanı üzləşdiyi maddi zərərin şok həcmi açıqlanıb. Pentaqonun son hesabatlarına və hərbi ekspertlərin analizlərinə görə, Vaşinqton bu qısa müddətli qarşıdurmada təxminən 2 milyard 800 milyon dollar dəyərində hərbi texnika itirib.

NOCOMMENT.az xəbər verir ki, itkilərin böyük hissəsi yüksək texnologiyalı radar sistemləri və müasir qırıcı təyyarələrin payına düşür. Hesabata əsasən, Qətərdəki “Əl-Udeyd” bazasında yerləşən və raket hücumlarını əvvəlcədən təsbit edən AN/FPS-132 radarının zədələnməsi ABŞ-a 1,1 milyard dollara başa gəlib. Eyni zamanda, Küveyt səmasında baş vermiş insident nəticəsində 3 ədəd F-15E Strike Eagle qırıcısı, həmçinin bir A-10 Thunderbolt II hücum təyyarəsi sıradan çıxıb. Münaqişə zonasında ABŞ-ın 12 ədəd MQ-9 Reaper pilotsuz uçuş aparatının İran tərəfindən vurulduğu və ya elektron müdaxilə ilə ələ keçirildiyi də təsdiqlənən məlumatlar arasındadır.

Ekspertlər qeyd edirlər ki, 2,8 milyard dollar yalnız birbaşa məhv edilmiş texnikanın qiymətidir. Sursat sərfi, logistika və yanacaq xərcləri də daxil olmaqla, ABŞ-ın bu müharibəyə xərclədiyi ümumi vəsaitin 30 milyard dolları keçdiyi ehtimal olunur. Hazırda ABŞ Konqresində hərbi büdcənin yenidən nəzərdən keçirilməsi və itirilmiş texnikaların bərpası üçün təcili vəsaitin ayrılması müzakirə edilir.

Sara,

NOCOMMENT.az

Chosen
19
nocomment.az

1Sources