EN

Xameneinin müşavirindən Pakistandakı danışıqlara REAKSİYA

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın keçmiş liderinin müşaviri Əli Əkbər Vilayəti, İslamabad görüşünün nəticəsiz qalmasına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib. 

“İranı qorumaq İslam Respublikasının xarici siyasətində həmişə sabit bir prinsip olub”, – deyə Vilayəti qeyd edib.

O, Hörmüz boğazı vasitəsilə regional və beynəlxalq ölkələrə təzyiqi vurğulayaraq, bu su yolunu “Əbul Həyat” adlandırıb və əlavə edib:

“Hörmüz boğazı tarix boyu torpaqlarımızın mərkəzində əcnəbilər üçün yolu bağlamağın simvolu olduğu kimi, bu gün də onun açarı bizim güclü əllərimizdədir”.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
globalinfo.az

1Sources