EN

“De Bruyneyə qarşı oynamaq böyük şərəf idi”

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Fernandeş İtaliyanın “Napoli” klubunda çıxış edən Kevin De Bruyne barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, De Bruyne ilə qarşılaşmaq onun üçün böyük bir təcrübə olub:

“Belə futbolçulara qarşı oynamaq futbolu daha yaxşı anlamağa kömək edir. Meydanda ondan çox şey öyrənirsən. O, risk etməyi sevən və bunun qarşılığını alan oyunçudur”, – deyə Fernandeş qeyd edib.

Kevin De Bruyne 2025-ci ildə azad agent kimi İngiltərənin “Mançester Siti” klubundan “Napoli”yə keçib. Onun müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Cari mövsümdə yarımmüdafiəçi “Napoli”nin heyətində 15 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Chosen
19
90deqiqe.az

1Sources