EN

Tramp: İrana rüsum ödəyən gəmilər saxlanılacaq

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsinin Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçid üçün İrana ödəniş edən gəmiləri axtarıb saxlayacaq.

Xalqcebhesi.az xəbər verir ki, o,bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən həmçinin Hərbi Dəniz Qüvvələrimizə beynəlxalq sularda Hörmüz boğazından keçmək üçün İrana rüsum ödəmiş hər bir gəmini axtarıb saxlamaq barədə göstəriş verdim. Qanunsuz rüsum ödəyən heç kəsə açıq dənizdə təhlükəsiz keçid verilməyəcək", — deyib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
50
icma.az

10Sources