EN

Premyer Liqa: "İmişli" səfərdə "Qəbələ"ni məğlub edib

Misli Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

"Far.Az"un məlumatına görə, günün ilk matçında "Qəbələ" "İmişli"ni qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. 45-ci dəqiqədə Dioqo Rollo fərqlənib.

Qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "İmişli" 9-cu pillədə qərarlaşıb. Meydan sahibləri 19 xalla 11-ci sıradadır.

Günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Chosen
24
5
far.az

6Sources