EN

Xorxe Kaskilya: “Taktikamız bu gün gözəl işlədi” – ARENA.AZ

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qonaqlar 1:0 hesablı qələbəyə seviniblər.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı gözəl nəticəyə görə təbrik edirəm. Azarkeşlərimizə dəstəyə görə təşəkkürümü bildirirəm. Az olsalar da, hər zaman bizə dəstək göstərirlər. “Neftçi” ilə oyundan sonra komandada ruh düşkünlüyü var idi. Bu komanda öz xarakteri ilə geri dönüş edə bildi. Son iki oyunda 4 xal yığmışıq. Bu da bizim üçün çox vacib idi. “Turan Tovuz” da ağır rəqibdir, “Qəbələ” də. “Qəbələ” xüsusilə öz meydanında yaxşı oynayır. Bu cür rəqiblərlə görüşlərdən xallar götürə bildik.

Bu gün taktikamız və strategiyamız gözəl işlədi. Belə oyunlarda qol az olur, daha çox taktiki mübarizə gedir. Qol vurduqdan sonra da oyunda diqtə etməyə çalışdıq. Rəqib də çox qol şansı yarada bilmədi. Yaxşı müdafiə olunduq. Belə çətin oyundan xalla ayrılmaq çox pozitiv amildir. Bu oyunu klub prezidentimizə həsr edirik. Bu gün onun doğum günüdür.

Qalib gəlmək nə qədər vacib olsa da, əsas olan Premyer Liqada yerimizi qorumaqdır. “Karvan”, “Qəbələ”, “Kəpəz” kimi komandalar arasında biz də varıq. Amma xala baxsaq, biz öz mövqeyimizi itirməmişik. 26 xalımız var”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
15
4
arena.az

10Sources