EN

"Qələbəni klub prezidentimizə həsr edirik" - Jorj Kaşkilya

"İmişli" Misli premyer-liqasının 27-ci turunda “Qəbələ”ni məğlub etdi - 1:0.

"Football-plus.az" xəbər verir ki, "pələnglər"in baş məşqçisi Jorj Kaşkilya oyunsonrası mətbuat konfansında iştirak etdi.

- Oyunçularımı gözəl nəticəyə görə təbrik edirəm. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Az olsalar da, hər zaman bizə dəstək göstərirlər. "Neftçi" ilə oyundan sonra komandada ruh düşkünlüyü var idi. Bu komanda öz xarakteri ilə dönüş edə bildi. Son iki oyunda 4 xal yığmışıq. Bu bizim üçün çox vacib idi. "Turan Tovuz" çətin rəqibdi, "Qəbələ" çox rahat olmayan komandadı. Öz meydanında da yaxşı oynayır. Bu cür rəqiblərlə görüşlərdən xallar götürdük. Üzümü tutub bir jurnalistə cavab vermək istəyirəm. Çünki "Neftçi" ilə oyundan sonra bizə demişdi ki, "Turan Tovuz"la görüşdə 7:0-a hazırsız? Bu da bizim ona cavabımız... O jurnalist indi burda yoxdu. Çox çətin oyun idi. Bilirik ki, "Qəbələ" çox ağır rəqibdi, çətin komandadı. Hücuma çox sürətli keçir. Taktikamız və strategiyamız gözəl işlədi. Belə oyunlarda qol az olur, daha çox taktiki mübarizə gedir. Qol vurduqdan sonra da oyuna diqtə etməyə çalışdıq. Rəqib də çox qol şansı yarada bilmədi. Yaxşı müdafiə olunduq. Belə çətin oyundan xalla ayrılmaq çox müsbət amildi. Qələbəni klub prezidentimizə həsr edirik. Bu gün onun doğum günüdü.

- Nə baş verdi ki, "İmişli" yenə qələbə qazandı?
- Əzmkarlıqla komanda xarakterini və mənliyini sübut etdi. Qalib gəlmək nə qədər vacib olsa da, əsas olan premyer-liqada yerini qorumaqdı. "Karvan-Yevlax", "Qəbələ", "Kəpəz" kimi komandalar arasında biz də varıq. Amma xala baxsaq, biz öz mövqeyimizi itirməmişik. 26 xalımız var.

Chosen
9
7
football-plus.az

8Sources