Bakı. Trend:
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran Vaşinqtonunbeynəlxalq hüquqa riayət etməsi və İranın “qırmızı xətlərini”nəzərə alması şərti ilə ABŞ ilə ədalətli razılaşmaya gələbilər.
Trend xəbər verir ki, оnunsözlərinə görə, İslam Respublikası regionda sülhü və uzunmüddətlisabitliyi təmin edəcək balanslaşdırılmış və ədalətli sazişinbağlanmasına hazırdır.
O qeyd edib ki, ABŞ beynəlxalq normalar çərçivəsində hərəkətedərsə, razılaşmanın əldə olunması mümkündür.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.