Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb. 
 
525.az-ın xəbərinə görə, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. 
 
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 
 
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 
 
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 
 
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 
 
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 
 
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 
 
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 
 
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev; 
 
Qeyd edək ki, ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. 
 
Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməyiblər. Bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyinin qeydə alınması mümkün olmayıb. 
 
	 
	 
 
 
 
 
 
	 	 	 
 
 
	 
 
 
 
 
 
						 
						 
																		 
																			 
 
							 
							Bizi Facebookda izləyin
