EN

MPL: "İmişli"nin qələbə həsrəti bitdi, "Turan Tovuz" evdə sevindi

Bu gün Misli Premyer Liqasında XXVII turun oyunlarına yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Öncə "Qəbələ" öz meydanında "İmişli" ilə üz-üzə gəlib. Qonaq komanda 15 oyunluq qələbə həsrətinə Qəbələdə son qoyub.

 "Turan Tovuz" isə "Sumqayıt"ı qəbul edib. Meydan sahibləri görüşdən minimal hesabla qalib ayrılıblar. 

Turun cümə və şənbə günü keçirilən oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) üstələyib, "Qarabağ" "Şamaxı" ilə (0:0), "Sabah" isə "Zirə" ilə (2:2) heç-heçəyə razılaşıb.

Misli Premyer Liqası
27-ci tur
12 aprel 

"Qəbələ" – "İmişli" 0:1 

Qol: Dioqo Rollo, 44
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Əli Əliyev, Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu.

Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu. 
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare. 
Baş məşqçi: Kaxaber Tsxadadze. 
İmişli”: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 23. Dioqo Rollo, 79. Dioqo Kardozu, 17. Ezekiel Morqan, 7. Luis Silvestr. 
Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 90. Riad Abbaszadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 20. Nazim Hüseynov, 6. Yau Mozes. 
Baş məşqçi: Jorje Kaşkilya. 

"Turan Tovuz" – "Sumqayıt" 2:1 
Qollar Filip Ozobiç, 9. Joarlem Santos, 50 -Rayan Senhadji, 64.

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev, Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu.

“Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi. 
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 99. Vadji İbrahima, 9. Coş Cinnelli. 
Baş məşqçi: Kurban Berdiyev. 
Sumqayıt”: 1. Mehdi Cənnətov (k), 3. Höccət Haqverdi, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynıy, 23. Ronaldo Vaskez, 71. Masaki Murata, 95. Nsana Simon, 11. Aleksa Yankoviç. 
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 25. Abdul Raşid Mumini. 
Baş məşqçi: Saşa İliç. 

Chosen
1
28
fanat.az

10Sources