EN

MASADA SAVAŞ RİSKİ: İran o boğazı bağlayır? – “Güllə ilə cavab verəcəyik!”

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi bəyanat yayaraq hərbi gəmilərin Hörmüz boğazına yaxınlaşmasını atəşkəs rejiminin pozulması kimi qiymətləndirəcəyini elan edib. Qurumdan verilən kəskin xəbərdarlıqda bildirilir ki, mülki gəmilərin təhlükəsiz keçidi üçün xüsusi qaydalara əməl olunsa da, xarici hərbi gəmilərin əraziyə daxil olmaq cəhdi birbaşa hərbi təhdid sayılacaq.

NOCOMMENT.az xəbər verir ki, SEPAH-ın dəniz qüvvələri boğazın tam nəzarət altında olduğunu və “düşmən rəsmilərin” yalan iddialarına baxmayaraq, bölgədə intellektual idarəetmə sisteminin tətbiq edildiyini vurğulayıb. Bəyanatda qeyd olunur ki, hansı bəhanə ilə olursa-olsun, Hörmüz boğazına yaxınlaşmağa cəhd edən hərbi gəmilərlə ən sərt və qətiyyətli şəkildə mübarizə aparılacaq.

Sara

 

Chosen
36
nocomment.az

1Sources