ain.az bildirir, Demokrat.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı hazırkı vəziyyətdə alyans üzrə müttəfiqlərin fəaliyyətindən narazılığını ifadə edərək, Vaşinqtonun NATO yanaşmasına yenidən baxmaq niyyətində olduğunu bəyan edib.Demokrat.az xəbər verir ki, o bu barədə "Fox News"un efirində deyib.Onun sözlərinə görə, Birləşmiş Ştatlar alyansın rolunu yenidən təhlil etməlidir, çünki Trampın iddia etdiyinə görə, müttəfiqlər Vaşinqtona lazımi dəstək göstərmirlər.Amerika lideri uzun illər ərzində bu məsələni dəfələrlə qaldırdığını vurğulayıb. O, həmçinin tərəfdaşların, o cümlədən Böyük Britaniya və Almaniyanın mövqeyindən məyus olduğunu bildirərək, NATO-nu sərt şəkildə tənqid edib.Tramp Almaniya rəhbərliyinin Berlinin İranla müharibəyə başlamadığı barədə bəyanatlarına xüsusi diqqət çəkib və ABŞ-nin Ukrayna məsələsində müttəfiqlərinə göstərdiyi dəstəyi xatırladıb.Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.